AGEC
HaqqımızdaLayihələrDayanıqlılıqXəbərlərƏlaqə
AGEC
HaqqımızdaLayihələrDayanıqlılıqXəbərlərƏlaqə

AGEC Xəzər dənizində dəniz külək enerjisi potensialının qiymətləndirilməsinə başlayıb

16 may 20265 dəq. oxuma

Azerbaijan Green Energy Company (AGEC) Xəzər dənizində dəniz külək enerjisi potensialının qiymətləndirilməsi istiqamətində mühüm mərhələyə start verib. Layihə çərçivəsində EOLOS Floating LiDAR Solutions şirkəti üzən LiDAR sistemini istismara verərək regionda ilk belə ölçmə kampaniyasını həyata keçirib.

Bir il davam etməsi planlaşdırılan kampaniya külək resurslarının dəqiq qiymətləndirilməsi üçün investisiya səviyyəli məlumatların toplanmasını nəzərdə tutur. Əldə ediləcək nəticələr gələcəkdə turbin və təməl texnologiyalarının seçilməsi, eləcə də layihələrin texniki və maliyyə baxımından optimallaşdırılması üçün əsas rol oynayacaq.

Layihə AGEC ilə Azərbaycan Respublikasının Energetika Nazirliyi arasında Xəzər dənizində ilkin tədqiqatların aparılmasına dair əməkdaşlıq çərçivəsində həyata keçirilir.

Bu təşəbbüs Azərbaycanın dənizdə külək enerjisinin inkişafı üzrə strateji hədəflərinə töhfə verməklə yanaşı, ölkənin bərpa olunan enerji sektoruna beynəlxalq investisiyaların cəlb edilməsini və Xəzər dənizində irimiqyaslı ofşor külək layihələrinin inkişafını dəstəkləyəcək.

AGEC

İnnovativ günəş və külək həlləri ilə Azərbaycanın bərpa olunan enerjiyə keçidində liderlik edirik.

Sayt

HaqqımızdaLayihələrDayanıqlılıqXəbərlər

Bizimlə əlaqə

info@agec.az012 504 50 04

Port Baku 153, Neftçilər prospekti, Bakı, Azərbaycan, AZ 1010

© AGEC - Bütün hüquqlar qorunur.

Dizayn və tərtibat:Maestro Studio

© AGEC - Bütün hüquqlar qorunur.

Dizayn və tərtibat:Maestro Studio